"FİLEUR Global Security Group" MMC öz fəaliyyətində bir sıra yerli və əcnəbi şirkətlərlə əməkdaşlıq edir. Bular arasında "İnternational Service Company", “AZQAR”, “BM Telecommunikation”, “KOKO Design”, “Xalq Sığorta” və “Kapital Bank” kimi yerli, “Macroscop", “EBS Sp.Zo.o.“ və “SAVV S.r.l.” kimi xarici şirkətlər mövcuddur. Qeyd olunan şirkətlərlə əməkdaşlığımız ən yüksək müstəvidə qarşılıqlı anlaşma şərtləri altında qurulmuş və uzun illəri əhatə edir. Biz daim inkişaf edir, inkişaf etməkda olan dünya şirkətləri ilə əlaqələr qurur, texniki və maddi bazamızı genişləndiririk.
"FİLEUR Global Security Group" MMC-nin müştəriləri, Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən yerli və əcnəbi şəxslərdir. Biz həmçinin respublikamıza işgüzar səfərlərə gələn xarici şirkətlərə də xidmət göstəririk. Belə ki, xarici firmaların respublikada keçirdikləri tədbirlərinin, toplantı və görüşlərinin mühafizəsi tərəfimizdən yüksək səviyyədə həyata keçirilir. Göstərdiyimiz xidmətlərin nəticəsi olaraq sifarişçilər tərəfindən dəfələrlə diplom və sertifikatlarla təltif olunmuşuq.
Biz müştərilərimiz arasında fərq qoymur, onlara xidmət göstərməkdən zövq alırıq.