"Fileur Global Security Group MMC" Mühafizə, təhlükəsizlik kameraları və müşahidə sistemləri sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. Şirkət 2008-ci ildən etibarən bütün Azərbaycan ərazisində təhlükəsizlik, təhqiqat və konsaltinq xidmətləri göstərir. Biz qarşımıza aparıcı şirkətləri, müəssisə və təşkilatları, sənaye obyektlərini və ofisləri yüksək keyfiyyətli mühafizə sistemi, ən qabaqcıl texnologiyalara əsaslanan təhlükəsizlik kameraları, müşahidə sistemləri və xidmətləri ilə təmin etmək məqsədi qoymuşuq. Sizə dəyərli olan hər şeyi qorumaq üçün yanınızdayıq. Təhlükəsizliyə qarşı vahid yanaşmamız, müştərilərimizi onun üçün dəyərli olanları - müəssisəni, məktəbi, kampusu, iş meydançasını, avadanlığı və s. qorumaq üçün tam və hərtərəfli həll yolunu əldə edəcəyinə inandırır. Təlim keçmiş peşəkarlardan ibarət təcrübəli personalımız hər bir mühafizə, təhlükəsizlik, müşahidə, CCTV, siqnalizasiya sistemi və kartla girişə nəzarət sistemi barədə ətraflı informasiya verərək müştərilərimizdə xoş təəssüratlar yaratmağa qadirdir. Biz başa düşürük ki, xidmətlərimiz sayəsində sizin özünüzü rahat hiss etməyiniz və qərarınızın düzgünlüyünə əmin olmağınız çox vacibdir. Bu səbəbdən də hər bir fərdi ehtiyaca uyğun olan düzgün sistem yaratmaq üçün sizinlə əməkdaşlığa hazırıq.
"Fileur Global Security Group MMC" tərəfindən yaradılmış vahid təhlükəsizlik sistemləri xüsusi ehtiyaclara uyğun olaraq hazırlanır və müştərinin riskin idarə edilməsi proqramına inteqrasiya edilir.
Bu proqramlara aşağıdakılardan ibarət xüsusi strategiyalar daxildir:
Bütöv təhlükəsizlik mexanizminin işində hər komponentin səciyyəvi məqsədi və rolu var. Biz sizin bütün təhlükəsizlik və müşahidə ehtiyaclarınızı ödəyən xüsusi təhlükəsizlik paketi hazırlaya bilərik. Kartla Giriş və Digər Girişə Nəzarət Sistemləri, CCTV və İP Video Müşahidə Sistemləri, Yanğın Siqnalizasiyası və Gözlənilməyən Müdaxilənin Aşkar edilməsi, Pərakəndə İtkilərin Qarşısının alınması kimi təhlükəsizlik məhsullarımızın arasında seçim edin. Bizim təhlükəsizlik kameralarımız tam rəngli rəqəmsal kameralar və yazı cihazlarını əhatə edir. Üstün təsvir keyfiyyətlərinə malik bu avadanlıq dünyanın istənilən nöqtəsindən İnternet vasitəsilə uzaqdan videomüşahidə imkanı yaradır. Texniki xidmət xərcləri isə çox aşağıdır. Paketlərimizin hər biri ilə siz bizim təhlükəsizlik xüsusiyyətlərimizin bütün yeniliklərindən yararlana bilərsiniz.
"Fileur Global Security Group MMC" -nin tam əməliyyat gücünün əsas elementləri:
Missiyamız təhlükəsiz, etibarlı və sağlam iş şəraitini təmin etməklə inkişafı və maliyyə sabitliyini qorumaq istəyən müştərilərin ehtiyaclarını tam ödəməkdir.
"Fileur Global Security Group MMC" rəqabətə davamlılıq baxımından kifayət qədər böyük, qayğılar baxımından kifayət qədər kiçikdir. Son illər bir çox müstəqil şirkətlər rəqabətə davam gətirməyərək sıradan çıxıblar. Biz isə müstəqilliyimizi və hər bir müştərinin tələblərinə uyğun fəaliyyətimizi qoruyub saxlamışıq.
Bu gün başlayın - Ofislərimizdən biri ilə əlaqə saxlayın və ya bizə bildiriş göndərin.