«Hər bir gələcək çox yaxındadır!»                         «Ən müdrik seçim. Biz bacararıq...!»                         "Tarixin dərinliklərindən sızmışıq!"                         Bizdən başqa heç kim...!                         "Tarixin dərinliklərindən sızmışıq!"                         "Geniş xidmət təminatçısı"                         "Təhlükəsizlik sahəsində tam silsilə!"                         "Yüksək təhlükəsizlik!"                         «Ən müdrik seçim. Biz bacararıq...!»                         «Hər bir gələcək çox yaxındadır!»                         «FILEUR - Azərbaycanın polad qalxanı!»                        
AZ | EN

Fiziki mühafizə müasir həyatda aktual və zəruridir. Obyekt nə qədər texniki cəhətdən təchiz edilmiş və möhkəmləndirilmiş olsa da, elə funksiyalar və təhlükəsizlik tədbirləri var ki, orada insan heç bir avadanlıqla əvəz oluna bilməz. Sizin rahatlığınız və işinizin nəticələrinin təhlükəsizliyi mühafizə mexanizminin nə dərəcədə düzgün qurulduğundan asılıdır. Həm də yadda saxlamaq lazımdır ki, keyfiyyətli mühafizə uğurlu biznesin vacib elementidir. Peşəkar fiziki mühafizə hər hansı bir müəssisənin fəaliyyəti üçün əlverişli mühitin təmin edilməsidir. İstənilən hadisələrin vaxtında lokallaşdırılması sabitliyin və qurulmuş nizam-intizamın qorunmasının açarıdır.

"FİLEUR Global Security Group" MMC aşağıdakı fiziki mühafizə xidmətlərini təqdim edir:

  • vətəndaşların həyat və sağlamlığının və şəxsi əmlakının qorunması;
  • mühafizə olunan obyektlərin ərazisində şəxsi heyətin və nəqliyyat vasitələrinin nəzarəti və girişinə nəzarət;
  • mühasibat uçotunun təşkili (xammalın, istehsal olunan məhsulların hərəkətinə, anbara və daşınmaya nəzarət);
  • Sürətli Müdaxilə Qrupu (SMQ) tərəfindən müştərilərin mühafizəsiinin təmin edilməsi;
  • nəqliyyat vasitələrinin, yüklərin mühafizə olunan şəxslərlə müşayiət olunması və təhlükəsizliyinin təmin edilməsi;
  • diplomatik nümayəndəliklərin və VIP şəxslərin mühafizsinin təmin edilməsi;
  • respublikaya gələn şəxslərin müşayiət ilə qarşılanması;
  • kütləvi tədbirlərin (konsertlər, idman turnirləri, reklam kampaniyaları, təqdimatlar) keçirildiyi yerlərdə nizam-intizamın, girişə nəzarətin təmin edilməsi;
  • müştərilərə qarşı qəsb və digər qanunsuz hərəkətlərdən müdafiə.
Fileur.WS © 2024  |   Müəllif hüquqları qorunur!